IV Pedaqoji şura
21.04.2022-ci il tarixində məktəbin növbəti IV Pedaqoji Şura iclası keçirildi.İclasın keçirilməsində əsas məqsəd ARTİ-nin,MDMPİ və məktəb rəhbərliyinin iştirakı ilə təsdiqlənən Məktəbin İnkişaf Planının pedaqoji heyətə təqdimatı və müzakirəsi idi.
Pedaqoji şurada şagirdlərin davamiyyəti,elektron jurnalın vaxtında işlənilməsi ilə bağlı müəyyən təlimatlar verildi.
Həmçinin,2021-2022-ci tədris ilinin fevral-mart-aprel aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərin hesabatı dinlənildi,DİM tərəfindən təşkil olunan XI sinif buraxılış imtahanlarının və VII-IX siniflərdə keçirilən monitorinqlərin nəticələri təhlil olundu.