2 APREL- BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜDÜR.
Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub.Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.
01.04.2022-ci ildə məktəbin fəaliyyət planına uyğun olaraq 2 aprel Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Qurbanova Vüsalə tərəfindən I c sinfində "Kitab bilik mənbəyidir" adlı tədbir keçirildi.
#2AprekBeynəlxalqUşaqKitabıGünü #301nömrəlitamortaməktəb