Novruz adət-ənənələrini əks etdirən filmin izlənilməsi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli, F-85 nömrəli əmrinin icrası məqsədi ilə "Bahar Çələngi" layihəsinə start verilmişdir. Tədbirlər planının 1.6 bəndinə əsasən məktəbin UBTR-i V sinif şagirdləri ilə xalqımızın adət-ənənələrinin,Novruz adətlərinin yer aldığı "Dəli Kür" filmini izləmişlər.Filmin izlənilməsində məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olmuşdur.#baharçələngi #BŞTİ #301MƏKTƏB #BAKIŞƏHƏRİÜZRƏTƏHSİLİDARƏSİ #NOVRUZBAYRAMI