VIII siniflərdə Oxu müzakirəsi
04.03.2022-ci il tarixində məktəbdə VIII sinif şagirdlərinin iştirakı ilə "Oxu müzakirəsi" keçirildi.Oxu müzakirəsi görkəmli şair,yazıçı və dramaturq C.Cabbarlının seçilmiş hekayələri əsasında aparıldı.Müzakirə zamanı şagirdlər yazıçının yaradıcılığında özünəməxsus yer tutan "Aslan və Fərhad", "Dilbər", "Dilarə", "Firuzə" hekayələrindəki hadisələrə münasibət bildirərək, əsərlərin təhlili, ideyası ilə bağlı maraqlı fikirlər söyləmişlər.
C.Cabbarlı Azərbaycan ədəbiyyatında öz-dəst xətti olan yazıçılarımızdandır.O öz hekayələrində yaşadığı dövrün mənəvi-əxlaqi problemlərini, cəmiyyətdəki nöqsanları ustalıqla qələmə almışdır.Ona görə də C.Cabbarlı yaradıcılığı öz aktuallığını hər zaman qoruyub saxlamışdır və bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.