Pedaqoji Şura iclası keçirildi

24.02.2022-ci il tarixində Microsoft Teams platforması üzərindən onlayn şəkildə keçirilən  məktəbin növbəti Pedaqoji şura iclasında  I yarımildə qiymətləndirmə  nəticələri müzakirə və təhlil olundu.Pedaqoji Şurada ARTİ ilə birlikdə məktəbin İnkişaf Planının hazırlanması və təşkil olunan təlimlərdə müəllimlərin iştirakı, Peşə təmayüllü siniflərdə işin təşkili, valideyn iclaslarının, iməcliklərin və sinif təşkilat saatlarının keçirilməsi,məktəbin ümumi sanitar gigyenik vəziyyəti  müzakirə olunmuşdur.Həmçinin müəllimlərə elektron jurnalda qeyd olunan I yarımil qiymətləndirmə nəticələrində olan nöqsanların aradan qaldırılması və vaxtında işlənməsi tövsiyə olundu.
Məktəb rəhbərliyi 2020-2021-ci tədris ilində DİM tərəfindən keçirilən imtahanlarda fəaliyyəti müsbət qiymətləndirilən müəllimlərə təşəkkürünü bildirdi.
Pedaqoji şurada məktəbin rəhbər işçilərinin I Yarımil hesabatları dinlənildi,müəllim və şagirdlərin əldə etdiyi uğurlar pedaqoji heyətin diqqətinə çatdırıldı.
Sonda məktəb rəhbərliyi tərəfindən II yarımil üçün qarşıda duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi barədə pedaqoji heyətə təlimatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi