Xocalı soyqırımına həsr edilmiş sənədli film izlənildi
23.02.2022-ci il tarixində məktəbin Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş Tədbirlər Planına əsasən rəhbərliyin təşkilatçılığı ilə IX a sinif şagirdləri ilə birgə Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran sənədli film izlənilmişdir.Sənədli filmin nümayiş etdirilməsi başımıza gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədini daşıyır. Eyni zamanda, bu cür sənədli filmlər şagirdlərin vətənpərvərlik ruhunu və mübarizlik əzmini artırır.