"Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda rəsm müsabiqəsi
17.02.2022-ci il tarixində Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 26 fevral Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunmuş "Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda rayon məktəb şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbimizin XI a sinif şagirdi Əzimova Günay Əşrəf qızı II yerə layiq görülmüş və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.Şagirdimizi təbrik edir,ona gələcək müsabiqələrdə uğurlar diləyirik.