VII siniflərdə "Oxu müzakirəsi"
14 fevral 2022-ci il tarixində məktəbin VII sinif şagirdlərinin iştirakı ilə oxu müzakirəsi keçirildi.Oxu müzakirəsində Ənvər Məmmədxanlının "Qızıl qönçələr", "Ananın ölümü" , "Buz heykəl", "Bəxtiyar" əsərlərinin təhlil və müzakirəsi aparıldı.Şagirdlər hekayələrin məzmunu, ideyası haqqında müxtəlif fikirlər söyləməklə yanaşı,həmin əsərləri müasir dövrümüzlə də əlaqələndirdilər.Oxu Müzakirəsinin keçirilməsində məqsəd şagirdin oxu nəaliyyətini inkişaf etdirmək,yaradıcılığını ,kreativ qabiliyyətini,zehni prosesini aktivləşdirməkdən ibarət olmuşdur.