Müəllimlər təlimə cəlb olundu

12.02.2022-ci il tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı  İnstitutunda ARTİ - nin əməkdaşı , mütəxəssis Aynur Rüstəmovanın rəhbərliyi ilə Azərbaycan dili-Ədəbiyyat fənni üzrə,  Slavyan Universiteti nəzdində Məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Nigar Əliyevanın rəhbərliyi ilə riyaziyyat fənni üzrə,Bakı Avropa liseyin İbtidai sinif müəllimi Pərvinə Qədimovanın rəhbərliyi ilə İbtidai sinif üzrə təlim prosesi təşkil olunmuşdur. 4 saata yaxın davam edən təlimin əsas məqsədi şagirdlərdə oxuyub-anlama,dinləyib-anlama, yazı,şifahi nitq bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün müəllimlərə lazımi tövsiyələr verməkdən ibarət idi.Bu bacarıqların formalaşmasına kömək edən tapşırıqların verilməsi üzərində söhbətlər aparıldı . Eləcə də,ibtidai siniflərdə Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişaf etdirilməsi,yeni təlim üsullarından istifadə etməklə dərsin maraqlı təşkili barədə təlimçi tərəfindən tövsiyələr verildi.Təlim müzakirələr şəklində davam etdi.Qeyd olundu ki, görüş 19 fevral tarixində  davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi