"Suyun insan həyatında əhəmiyyəti" adlı görüş

03 Fevral 2022-ci il tarixində məktəbdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022- ci illər üçün Tədbirlər Planı"na əsasən məktəbin Biologiya müəllimi Məmmədova İlahə tərəfindən IX c sinfində "Suyun insan həyatında əhəmiyyəti" adlı görüş keçirilmişdir. Görüşdə müəllim gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün insanlar tərəfindən sudan səmərəli və qənaətli istifadə edilməsi,torpaq su ehtiyatlarının və Xəzər dənizinin çirklənməsi problemləri, ailədə və məktəbdə suyun istifadəsi və məişət suyundan istifadənin azaldılması üçün praktik tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi