VI,IX,XI siniflərdə Böyük Summativ Qiymətləndirmə
25.01.2022-ci il tarixində məktəbdə VI, IX və XI siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirilmişdir. BSQ məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə aparılmışdır.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.