"Düşünən oxucu"
Məktəbdə Azərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə V-IX sinif şagirdləri arasında "Düşünən oxucu" müsabiqəsinin məktəb turu keçirilmişdir.
Müsabiqənin məktəb turunun nəticələrinə əsasən məktəbin VIII c sinif şagirdi Abışzadə Sona və VII b sinif şagirdi Adışova Zəhra növbəti mərhələdə iştirak hüququ qazanmışdır.Şagirdlərimizə növbəti mərhələdə uğur və müvəffəqiyyətlər diləyirik.