"20 yanvar həm hüzn, həm də milli qürur günümüzdür"
Qanlı 20 yanvar tariximizin şərəf və qəhrəmanlıq nümunəsidir.
19.02.2022-ci il tarixində məktəbin 20 Yanvar faciəsinin 32 - ci ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən "20 Yanvar həm hüzn, həm də milli qürur günümüzdür " adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Faciənin mahiyyəti ilə bağlı şagirdlərə məlumat verildi. Şagirdlərimiz ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün soydaşlarımızı dərin hüznlə yad edirik.
#20Yanvar #ÜmumxalqHüznGünü