"20 yanvar tariximizin qan yaddaşıdır"adlı dərslər keçirildi
18.01.2022-ci il tarixində məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "20 yanvar tariximizin qan yaddaşıdır"adlı dərslər keçirilmişdir. Dərslərin keçirilməsində məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciə haqqında məlumat vermək, tarixi hadisələrə düzgün münasibət bildirməkdən ibarət olmuşdur. 32 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixidir. Qanlı Yanvar Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyinin və yenilməzliyinin sübutudur.
Otuz iki il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliam haqqında şagirdlər şeirlər səsləndirib,mövzu ətrafında hazırladıqları təqdimatları iştirakçılarla bölüşmüşlər.