ARTİ-nin rəhbərliyi ilə pedaqoji heyətin görüşü
17.01.2022-ci il tarixində ARTİ-nin rəhbərliyi ilə məktəbdə pedaqoji heyət ilə görüş keçirilmişdir.Görüşün keçirilməsində məqsəd Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinin təhlilinə əsasən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün Məktəbin İnkişaf Planının hazırlanması prosesinə start verilməsi idi.Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov,Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva,Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, məktəb rəhbərliyi və pedaqoji heyət iştirak etmişdir.