VI siniflərdə "Oxu müzakirəsi"

7 yanvar 2022-ci il tarixində məktəbin VI sinif şagirdlərinin iştirakı ilə oxu müzakirəsi keçirildi.Məlumdur ki,2021 -ci il dahi şair və mütəfəkkir N.Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur və həmin il “Nizami Gəncəvi ili”elan edilib. Bu münasibətlə bugünkü tədbirimizdə söz sənətkarımız N.Gəncəvinin “Sirlər xəzinəsi”poemasına daxil olan hekayələrin-“Sultan Səncər və qarı,Yaralı uşağın dastanı,Kərpickəsən kişinin dastanı və Nuşirəvan və bayquşların söhbəti”hekayələrinin  təhlil və  müzakirəsi aparıldı.Şagirdlər hekayələrin məzmunu, ideyası haqqında müxtəlif fikirlər söyləməklə yanaşı,həmin əsərləri müasir dövrümüzlə də əlaqələndirdilər. Belə tədbirlərin keçirilməsi şagirdlərin mütaliəyə həvəsin artmasında nə qədər əhəmiyyətə malik olduğu rəhbərlik tərəfindən vurğulandı.Sonda müəllimlər və iştirakçılar tədbir barədə xoş təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi