Riyaziyyat fənnindən "Toplama və çıxmanın əlaqəsi" mövzusu üzrə açıq dərs
06.02.2022-ci il tarixində məktəbin I c sinfində Riyaziyyat fənnindən "Toplama və çıxmanın əlaqəsi" mövzusu üzrə açıq dərs keçirildi.Fənn müəllimi Qurbanova Vüsalə dərsin mərhələlərinə uyğun motivasiya qurub şagirdləri mövzu ilə bağlı fəallaşdırdı.Qrup işləri bütün qrup üzvlərinin fəal iştirakı ilə yerinə yetirildi.Şagirdlər toplama və çıxmanın əlaqəsini anlayaraq, müxtəlif tipli tapşırıqları,əyləncəli məsələləri yerinə yetirdilər.Dərs fəal çalışma şəraitində maraqlı keçdi.