"Böyük ömrün dastanı"
Müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür.
10.11.2021-ci il tarixdə məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbdə Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Böyük ömrün dastanı" adlı tədbir təşkil olunmuşdur.
Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Çünki Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Məktəb kollektivi Ümummilli liderin xatirəsini dərin hörmət və ehtiramla yad edir.