V siniflərdə "Oxu müzakirəsi"
08.12.2021-ci il tarixdə məktəbin akt zalında V sinif şagirdlərinin iştirakı ilə XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidmətləri olan S.S.Axundovun "Qaraca qız" və "Nurəddin" hekayələrinin müzakirəsi keçirildi. Müzakirə zamanı şagirdlər əsərlərin ideyası ilə bağlı fikirlərini bildirmiş, mənfi və müsbət obrazları səciyyələndirmişlər.Eyni zamanda o da xüsusilə vurğulandı ki, hekayələrin mövzusu böyük tərbiyəvi əhəmiyyət kəsb etməklə,bu gün də öz aktuallığını qoruyub saxlamışdır. Belə ki, əsərlər uşaqlara həyatın işıqlı və qaranlıq tərəflərini açır, onlarda xeyirxahlıq, dostluq, həyatı,insanlığı sevmək və qiymətləndirmək kimi yüksək əxlaqi keyfiyyətlər aşılayır.Əsərlərin təhlilində fikirlərini əhatəli,dolğun ifadə etməkdə fərqlənən şagirdlər rəhbərlik tərəfindən diplomlarla təltif olundular.