"Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi"
29.11.2021-ci il tarixində məktəbin tarix müəllimi Pərvanə Quliyeva tərəfindən Vç sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş sinifdaxili tədbir təşkil olunmuşdur. Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə keçirilən tədbir zamanı şagirdlərə dahi şəxsiyyət Heydər Əliyevin dövlət quruculuğu sahəsində apardığı uzaqgörən siyasətyönümlü işlərdən və Azərbaycan xalqının rifahı uğrunda göstərdiyi fədakar xidmətlərdən bəhs olunmuşdur.