"Yol hərəkəti qaydalarına dair" dərs
23.11.2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Hacızadə Lamiyə tərəfindən IV b sinfində "Yol hərəkəti qaydalarına dair" açıq dərs keçirilmişdir.Şagirdlər yol hərəkəti qaydalarının təşkilinə dair hazırladıqları təqdimatı müəllim ilə bölüşdülər.Dərsin keçirilməsində məqsəd məktəblilərin yol hərəkəti təhlükəsizliyi, velosipeddən istifadə və yol mədəniyyəti barədə biliklərini artırmaqdan ibarət olmuşdur.