Pedaqoji Şura iclası keçirildi
16.11.2021-ci il tarixində məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivin iştirakı ilə pedaqoji şura iclası həyata keçirilmişdir. İclas zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktəbdə təşkil etdiyi monitorinqin nəticələri müzakirə edilmişdir. Dərsdinləmələrin təşkili,metodbirləşmə sədrlərinin fəaliyyəti,dərsin düzgün təşkili formaları,müəllim-şagird münasibətləri və s.məsələlər təhlil olunmuşdur. Həmçinin iclasın sonunda şagirdlərin təlim-tərbiyə sahəsində göstərdiyi fəallığa görə müəllimlərin fəaliyyəti rəhbərlik tərəfindən qiymətləndirilmişdir.