18 oktyabr-Müstəqilliyin bərpası günü

18.10.2021-ci il tarixində məktəbin UBTR-nin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin XXX il dönümü münasibətilə tədbir təşkil edilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuşdur.Tarix müəllimi Əcəb Abdullayeva şagirdlərə müstəqillik gününün bərpası tarixindən bəhs etmişdir. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, "Can Azərbaycan" , "Cümhuriyyət" mahnıları şagirdlər tərəfindən ifa olunmuşdur. Bundan əlavə olaraq şagirdlər "Qarabağ şikəstəsini" musiqi alətində ifa etmişlər. Tədbirin sonunda məktəb rəhbərliyi qeyd etmişdir ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq , öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir. 
Müstəqilliyin əbədidir,dönməzdir,sarsılmazdır AZƏRBAYCAN!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi