"Enerji içkilərinin insan sağlamlığına təsiri"
08.10.2021-ci il tarixində məktəbin Biologiya müəllimi Məmmədova İlahə tərəfindən VIII c sinfində "Enerji içkilərinin insan sağlamlığına təsiri" mövzusunda dərs keçirilmişdir.Müəllim şagirdlərə bu içkiləri gündəlik normadan artıq qəbul edildikdə, insan sağlamlığında müəyyən fəsadlar törədə, yuxusuzluğa, piylənməyə, böyrək xəstəliklərinə və sinir sisteminin pozuntularına səbəb ola biləcəyi barədə məlumat verdi.Dərsin təşkil olunmasında məqsəd enerji içkilərinin yetkinlik yaşına çatmayanlara satılmasının qadağan olunduğunu və onlardan istifadə nəticəsində yarana biləcək hallarla əlaqədar maarifləndirmə işləri görməkdən ibarət olmuşdur.