İlk Pedaqoji Şura iclası keçirildi
22.09.2021-ci il tarixdə məktəbdə Microsoft Teams platforması üzərindən 2021-2022-ci tədris ilinin ilk Pedaqoji Şurasının iclası keçirildi.
2020-2021-ci tədris ilinin yekunları müzakirə olundu.
2021-2022-ci tədris ilində qarşıda duran əsas vəzifələr və prioritet istiqamətlər müəyyənləşdirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-450 nömrəli əmrinin icrası ilə bağlı məsələlər pedaqoji heyətin diqqətinə çatdırıldı.