Müəllim andı
20.09.2021-ci il tarixdə məktəb rəhbərliyinin iştirakı ilə Azərbaycan Respublikası ilə müəllim arasında hüquqi borc və sədaqət münasibətlərini təsdiq edən müəllimlərin andiçmə tədbiri keçirilmişdir.Yeni fəaliyyətə başlayan müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacaqlarına, müəllimlik peşəsini şərəf və ləyaqətlə yerinə yetirəcəklərinə dair and içdilər. Həmçinin pedaqoji kollektiv heyətinə məktəb rəhbərliyi tərəfindən yeni tədris ilində görüləcək işlərə dair müvafiq təlimatlar, müəyyən tövsiyyələr verildi.