"Məktəblinin kitabı-2" layihəsi

Məktəbin IX a sinif şagirdi  Qurbanzadə Rəfiqə Fariz qızı  yay tətili ərəfəsində  dərsdənkənar layihələrdə fəal iştirak edərək məktəbi layiqincə təmsil etmişdir.
"Qadın və uşaqların təhsilinə dəstək" ictimai birliyinin sədri Sevinc Fədainin rəhbərliyi ilə "Məktəblinin kitabı-2" layihəsi başladılmışdır.Layihənin məqsədi gənclərdə mütaliə etməyə həvəsin artırılması, istedadlı gənclərin aşkarlanması, onların gələcək ideyaları ilə tanış olmaqdan ibarət olmuşdur.10 sentyabr Azərbaycan Dillər Universitetində layihənin yekunu ilə bağlı gözəl tədbir təşkil olunmuş, millət vəkili Fazil Mustafa, şairə Kəmalə Abıyeva və digər dəyərli ziyalılarla səmimi söhbətlər edilmişdir. Tədbirin sonunda gənclərə maraqlı kitablar və hədiyyələr verilmişdir.
     Məktəb olaraq şagirdimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi