"Yay məktəbi"ndə "Kimya, təbiət və biz" mövzusunda dərs
22.06.2021-ci il tarixdə məktəbin kimya müəllimi Bədirova Ruhəngiz VIII sinif şagirdləri ilə "Kimya, təbiət və biz" mövzusunda dərs keçmişdir. Şagirdlər təcrübə sahəsində olan tərəvəz bitkilərinin kimyəvi tərkibi barədə məlumat almışlar.Bu kimyəvi maddələrin insan orqanizminə xeyri haqqında verilən məlumatlar şagirdlərin marağına səbəb olmuşdur. Nar meyvəsində olan antioksidant maddələr, alma meyvəsində olan üzvi turşular, dəmir birləşmələri, tərəvəzlərdən badımcanda olan " K" vitamini,tut növlərində olan rəngləyici maddələr haqqında məlumat verilmişdir. Sağlam qida və sağlam həyat tərzi insan həyatı üçün ən önəmli məsələlərdən biridir.