"Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı" muzeyinə virtual ekskursiya
Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır.Bu muzey Bakı şəhərinin tam mərkəzində yerləşir və cazibədar görünüşü ilə hamının diqqətini cəlb edir. Tağlarında Azərbaycanın 6 görkəmli söz ustadının-Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Cabbarlının möhtəşəm heykəlləri ucalan muzeyin binasının tarixi XIX yüzilin ortalarından başlayır.
Məktəbin Tərbiyə işləri üzrə Direktor müavini Şabanova Pərvanənin və UBTR-i Mustafayeva Səlimənin təşəbbüs və təşkilatçılığı ilə V-VIII sinif şagirdlərinin və Musiqi müəllimi Arzu Xəlilovanın iştirakı ilə "Nizamı Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı" muzeyinə virtual ekskursiya təşkil olunmuşdur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ekskursiyada məktəblilər Nizami lirikasından müxtəlif bədii kompozisyalarla çıxış etmişlər.