Məktəbdə "Son zəng " tədbiri keçirildi
14 iyun 2021-ci il tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Biləcəri qəsəbə İcra nümayəndəliyinin məsləhətçisi Hacıyev Cəmal tədbirdə qonaq qismində iştirak etdi. Məktəb rəhbərliyi məzunlarımızı təbrik etdi və 2020-2021-ci tədris ilində məktəbin əldə etdiyi uğur və nailiyyətlərindən söz açdı.Tədbirdə XI siniflərin sinif rəhbərləri,fənn müəllimləri çıxış edərək məzunlara öz ürək sözlərini bildirdilər.Tədbir məktəbin qəbul imtahanında ən yüksək bal toplayan şagirdləri tərəfindən çalınan son zəngin sədaları altında başa çatdı.
Məzunlarımızı “Son zəng” münasibətilə səmimi qəlbdən təbrik edirik, onlara gələcək təhsil həyatında uğurlar arzulayırıq.