Məktəb rəhbərliyinin qazi ilə görüşü

Müharibə od-alov, ölüm-itim, qazi olmaq deməkdir. Vətən uğrunda gedən savaşda qazi və şəhid olmağın şərəfini də bizə yaşatdı Fuad kimi oğullarımız.Onlar gözlərini qırpmadan mərdi-mərdanə ölümün üstünə getdilər.
Bu gün Vətən müharibəsi iştirakçılarından biri olan Aydınlı Fuad Mürsəl oğlu məktəbin fəxri qonağı olmuşdur. O, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak etmişdir.Yunan-Roma güləşi üzrə Avropa çempionatına vəsiqə qazanan məktəbin IX b sinif şagirdi Əhmədov Tural Əli oğlunun məşqçisi olan qazimiz döyüş meydanında göstərdiyi şücaətlə yanaşı, hazırki dövrdə də gənclərimizin vətənpərvər ruhda böyüməsinə dəstək olur.Gələcək üçün şagirdlərə örnək olan Fuad kimi qazilərimizə dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi