"Beynəlxalq Ailə Günü" ilə əlaqədar onlayn tədbir
04.05.2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zoom platforması vasitəsilə onlayn görüş keçirildi. "Uşağın tərbiyəsində ailə mühitinin rolu" adlı bu görüşdə ümumtəhsil məktəblərinin direktorları, məktəb psixoloqları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər. Keçirilən tədbirdə uşağın tərbiyəsində ailənin rolundan, ailədaxili münasibətlərin səviyyəsindən, ailə mühitində düzgün ünsiyyət qurulmasının vacib qaydalarından bəhs olundu.