Növbəti monitorinqlər keçirildi
Məktəbin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq 26-30 aprel tarixləri aralığında Microsoft Teams platforması üzərindən monitorinq keçirilmişdir. I-IV siniflərdə 4 fənndən, V-XI siniflərdə 12 fənndən təşkil olunan monitorinqdə əsas məqsəd şagirdlərin əldə etdikləri bilik səviyyəsini müəyyənləşdirməkdən ibarət olmuşdur.