“Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir

23 aprel 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən və 23 Aprel- “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir keçirilmişdir.  
Tədbirdə məktəbin Dil-ədəbiyyat müəllimi Güliyeva Aidə və XI  a sinif şagirdi Həmidli Nəzrin də iştirak etmişdir. 
Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə böyük hikmət sahibi Nizami Gəncəvinin şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, həmçinin şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyindən söz açılmışdır.Həmçinin  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə keçiriləcək tədbirlərdən,  23 Aprel- “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün əhəmiyyətindən və tədbirin mahiyyətindən bəhs edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi