Məktəbdə növbəti V onlayn Pedaqoji şura iclası keçirildi
15 aprel 2021- ci il tarixdə məktəbdə rəhbərlik və müəllim heyətinin iştirakı ilə Microsoft Teams platforması üzərindən növbəti V onlayn Pedaqoji Şura iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə edildi.
1.Ötən Pedaqoji Şuranın qərarlarının icra vəziyyəti barədə.
2.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 aprel 2021-ci il tarixli F-132 nömrəli əmrinə əsasən 5 aprel tarixindən əyani tədrisdən distant tədrisə keçməklə təlimin təşkili, şagird və müəllim davamiyyətinin izlənməsi, sinif rəhbərlərinin fəaliyyəti zamanı keyfiyyətin artırılması.
3.XI sinif şagirdlərinin buraxılış imtahanlarında iştirakı barədə, IX siniflərdə buraxılış imtahanına hazırlıq vəziyyətinin müzakirəsi.
4.Sinif jurnalları, məktəb sənədlərinin yoxlanılması, aşkar olunan nöqsanların müzakirəsi və bununla əlaqədar görülən tədbirlər.
5.Cari məsələlər ( vaksinasiyanın aparılması barədə, sinifdənxaric tədbirlərin təşkili və keçirilməsi barədə).