Azərbaycan gəncləri narkotiklərə yox deyir!
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 05-09 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının" (2019-2024-cü illər) icrasını təmin etmək,
Narkomanlığın fəsadları haqqında yeniyetmə və gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda onlayn rəsm müsabiqəsi keçirildi.Müsabiqədə məktəbin şagirdləri də fəallıqla iştirak etdilər.