"Mənimlə danış" adlı vebinar
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 16 mart 2021-ci il tarixdə “Mənimlə danış” yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə mövzusunda vebinar keçirilmişdir.
Vebinarda məktəbin psixoloqu Leyla Məsimli və X a sinif şagirdləri Mehtizadə Tükəzban,İldırımlı Kəmalə də iştirak etdi.Vebinarın həyata keçirilməsində məqsəd yeniyetməlik dövründə orqanizmdə baş verən dəyişikliklərlə əlaqədar olaraq şagirdlərin davranış, xarakterində özünü göstərən sosial-psixoloji xüsusiyyətləri iştirakçıların nəzərinə çatdırmaqdan ibarət idi.