Reproduktiv sağlamlıq,uşaqların təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici görüş keçirildi
Hər bir şəxs fərd kimi doğulub,şəxsiyyət kimi formalaşır. Şəxsiyyətin düzgün istiqamətə yönləndirilməsi, hər bir şəxs üçün lazım ola biləcək keyfiyyətlərin aşılanması vacib amildir. Ona görə də, hər bir insanın həyatının ən gözəl dönəmi olan məktəb həyatı dediyimiz bu vacib amillərin formalaşmasında mühüm rol oynayır. Reproduktiv sağlamlıq, qızların təhsildən yayınma hallarının qarşısının alınması , bu mövzuda maarifləndirici tədbirlərin aparılması mühüm və vacib amildir. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini və Uşaq Birliyinin rəhbərinin təşkilatçılığı ilə VIII b sinfində Reproduktiv sağlamlıq,uşaqların təhsildən yayınma hallarının qarşısını alınması məqsədilə maarifləndirici görüş keçirilmişdir.