Onlayn Pedaqoji Şura keçirildi

03 mart 2021-ci il tarixində məktəbdə rəhbərlik və müəllim heyətinin iştirakı ilə növbəti dəfə Microsoft Teams platforması üzərindən onlayn Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada I yarımilin yekunları, əyani Diaqnostik qiymətləndirməyə qalan şagirdlərin nəticələri, İbtidai siniflərdə keçirilən Diaqnostik qiymətləndirmənin nəticələrinin müqayisəli təhlili müzakirə olundu. 
I yarımil ərzində məktəbdaxili və məktəbdənxaric müsabiqələrdə, Respublika Fənn Olimpiadasında iştirak edən şagirdlərin siyahısı təqdim olundu və onları yetişdirən müəllimlərə təşəkkür edildi.Məktəb rəhbərliyi tərəfindən II yarımil üçün metodbirləşmə sədrlərinə və direktor müavinlərinə lazımi təlimatlar verildi.
Məktəbin Tərbiyə işləri üzrə direktor müavini tərəfindən I yarımildə görülmüş sinifdənxaric işlər, əldə olunmuş uğurlar və gələcək hədəflər barədə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi