VI siniflərdə "Oxu müzakirəsi" keçirildi
03.03.2021-ci il tarixində misilsiz sənəti, çoxcəhətli yaradıcılığı, humanist fikirləri ilə Yaxın və Orta Şərq poeziyasının ən yüksək nümunələrini yaradan N.Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq VI sinif şagirdləri ilə "Oxu müzakirəsi" keçirildi. Dahi şairin "Sirlər Xəzinəsi" əsərindən "Nuşirəvan və bayquşların söhbəti" və "Zalım padşahla zahidin dastanı" hekayələri əsasında keçirilən oxu müzakirəsində şagirdlər əsərlərin təhlili və ideyası ilə bağlı öz fikirlərini söylədilər. Onlar çıxışlarında vurğuladılar ki, dahi Nizami bu əsərlərində xalqın arzularını,istəklərini,faciəli həyatını, zalım padşahlara etirazını ümumiləşdirib, sənət dili ilə əks etdirmişdir.