Məktəbdə Diaqnostik Qiymətləndirmə keçirilib
Məktəb rəhbərliyinin təşəbbüs və təşkilatçılığı ilə 15 fevral-5 mart tarixləri aralığında məktəbdə Diaqnostik Qiymətləndirmə təşkil edilmişdir. Diaqnostik Qiymətləndirmə V-VIII siniflərdə əsas fənlərdən Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənlərindən I yarımil proqramı əsasında keçirilmişdir. Diaqnostik Qiymətləndirməni təşkil etməkdə məqsəd I yarımil müddətində onlayn dərslər zamanı keçirilən mövzuların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyən etməkdən ibarət olmuşdur.