"21 fevral-Beynəlxalq Ana dili günüdür" mövzusunda açıq dərs
17.02.2021-ci il tarixində məktəbin VI c sinfində” 21 Fevral-Beynəlxalq Ana Dili Günüdür” mövzusunda açıq dərs təşkil olundu.Açıq dərs şagirdlərin ifasında “Ana dilim” mahnısının sədaları ilə başladı.Dil- ədəbiyyat müəllimi Zümrüd Əsədova bu günün mahiyyəti ,ana dilinin şirinliyi, doğmalığı haqqında danışdıqdan sonra söz şagirdlərə verildi. Onlar çıxışlarında Beynəlxalq Ana Dili Gününün keçirilməsinə səbəb olan hadisədən, ana dilinin tarixindən , Azərbaycan dilinin türk dilləri ailəsinə aid olduğundan ,bu dildə -ana dilində yazılmış, dünya mədəniyyəti nümunələri sırasında yer tutmuş tarixi abidələrdən danışdılar .Şagirdlərin söylədiyi Ana dilinə aid şeirlər müzakirəyə poetik rəng qatdı.