Nizami Gəncəvinin əsərlərinin müzakirəsinə həsr olunmuş onlayn açıq dərs

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə məktəbimizin Ana-dili və Ədəbiyyat müəllimi İsmayılova Elnarə 5 a sinif şagirdləri ilə birgə Nizami Gəncəvinin əsərlərinin müzakirəsinə həsr olunmuş onlayn  açıq dərs keçirdi.Şagirdlər mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğu  barədə dəyərli fikirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi