IX siniflərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü
02.02.2021-ci il tarixində məktəb rəhbərliyi tərəfindən IX sinifdə təhsil alan şagirdlərin valideynləri ilə onlayn iclas keçirildi.İclasda çıxış edən məktəbin rəhbəri bildirdi ki,IX sinif şagirdlərinin qarşıdakı imtahanlara hazırlıq məsələsi daim rəhbərliyin diqqət mərkəzindədir.Bununla əlaqədar olaraq,ötən ilin dekabr ayından zəif şagirdlər əlavə məşğələlərə cəlb olunublar.Məşğələlər Azərbaycan dili,Riyaziyyat və İngilis dili fənləri üzrə hər biri həftədə iki dəfə olmaqla aparılır.Daha yaxşı nəticə əldə etmək məqsədilə zəif şagirdlər özləri də üç səviyyə üzrə qruplaşdırılıblar.Hər qrupa ayrı-ayrı müəllimlər dərs keçirlər.Məktəb rəhbərliyinin daimi nəzarəti altında aparılan bu məşğələlər Microsoft Teams platforması üzərindən həyata keçirilir.
Valideynlər məktəb tərəfindən təşkil olunan əlavə məşğələlərə görə rəhbərliyə və müəllimlərə öz minnətdarlıqlarını bildirdilər.
Sonda məktəb rəhbərliyi valideynlərlə belə görüşlərin müntəzəm keçiriləcəyini bildirdi.Şagirdlərin buraxılış imtahanlarına yüksək səviyyədə hazırlaşmaları üçün bütün gücümüzü səfərbər etməli olduğumuzu vurğuladı.