"Vətən Müharibəsi-Qarabağ Zəfəri"adlı onlayn inşa yazı müsabiqəsi
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa müsabiqəsinin Binəqədi rayon turunda qalib gələn və fərqlənən şagirdlərin təltifetmə mərasimi
“2 Fevral-Gənclər Günündə” Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turunda fərqlənən şagirdlərin təltifetmə mərasimi keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Amal Əsgərov və müsabiqədə fərqlənən sagirdlər iştirak edirdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova qalibləri “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edərək, inşa yazı müsabiqəsində xüsusi fəallıq göstərdiklərinə görə onlara təşəkkür etdi. Bildirdi ki, bu cür tədbirlərdə iştirak etmək şagirdlərin dünyagörüşü və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqədə fəal iştirakına görə Binəqədi rayonu 301 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Həmidli Nəzrin təşəkkürnamə ilə təltif edilmişdir.Buna görə məktəb olaraq şagirdimizi təbrik edir,ona daim uğur və müvəffəqiyyət arzu edirik.Müsabiqənin keçirilməsində yuxarıda adları qeyd olunan bütün təşkilatçılara təşəkkürümüzü bildiririk.