"Vətən müharibəsi-Qarabağ zəfəri" adlı onlayn yazı müsabiqəsi
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan "Vətən müharibəsi-Qarabağ zəfəri" mövzusunda yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi başa çatmışdır. Təqdim olunmuş 57 referatdan 7 mövzu üzrə 8 ən yaxşı referat seçilmiş və xüsusi tədqiqat bacarığı ilə fərqlənən 8 məktəbli 27 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu üzrə onlayn şəkildə təşkil olunmuş elmi praktik konfransda iştirak hüququ əldə etmişdir.Rayon üzrə seçilən 8 məktəblidən biri də S.Məmmədov adına 301 saylı tam orta məktəbin XI a sinif şagirdi Həmidli Nəzrin Səhhət qızıdır. Binəqədi rayon ümumtəhsil məktəbləri arasında bizim məktəbin də şagirdinin iştirakı və seçilməsi bizim üçün məktəb olaraq uğur və qürurvericidir . Çox gözəl,səlis,mənalı çıxışına görə Həmidli Nəzrin Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qalib şagirdlər sırasında Azərbaycan radiosunda çıxış etmək üçün dəvət olunmuşdur. Şagirdimizə uğur və müvəffəqiyyət arzu edirik.