Xoş ovqatlı baharım
17.03.2015-ci il tarixində Binəqədi rayonunda Heydər Əliyev adına parkda Novruz bayramı münasibətilə keçirilən tədbirdə S.Məmmədov adına 301 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi də fəal iştirak etmişdir. Tədbirdə qardaş Türkiyyə və Özbəkistan nümayəndələri , jurnalist , deputat Qənirə Paşaayeva da iştirak etmişdir. 301 nömrəli məktəbin şagirdləri milli geyimdə iştirak etmiş , milli mədəniyyətimizi əks etdirən xonçalar, səmənilər. Boyanmış yumurtalar, milli kulinariyamizin bəzəyi olan şəkərbura, paxlava nümayiş etdirilmişdir. Tədbirdə milli baş geyimləri satışa çıxarılçış milli xörəklərimiz tədbirə gələnlərə təqdim olunmuşdur.