Pedaqoji Şura iclası keçirildi

22.01.2021-ci il tarixində məktəbdə 18 yanvar 2021-ci il KQ-01 nömrəli kollegiyanın qərarının icrası məqsədilə Microsoft Teams platforması üzərindən növbəti onlayn Pedaqoji Şura iclası keçirildi. İclasda "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" və "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili", TN və BŞTİ-nin müvafiq əmr və sərəncamlarının icrası ilə bağlı məktəb direktoru Sevda Sarıyevanın geniş məruzəsi dinlənildi. Eləcə də,direktor Respublika Fənn olimpiadasının məktəbdaxili turunun nəticələrini pedaqoji şura üzvlərinin diqqətinə çatdırdı. 
Məktəbin direktor müavinləri və metodbirləşmə sədrlərinin I yarımilin sonuna dair hesabatları dinlənildi. Müəllimləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.
Direktor müəllimlərə qiymətləndirmənin keçirilməsi zamanı şagirdlərə həssas yanaşmağı tövsiyə elədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi