"Qarabağımızı tanıyaq və tanıdaq"
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli əmrinə və məktəbin Fəaliyyət planına uyğun olaraq 07 yanvar 2021-ci il tarixində “ Qarabağımızı tanıyaq və tanıdaq”mövzusunda məktəbin ibtidai sinif müəllimi Muradov Gülnarənin təşkilatçılığı ilə IV ç sinfində onlayn dərs təşkil olunmuşdur. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra uşaqlar Qarabağ,onun işğaldan azad olunmuş rayonlarına aid məlumatlar təqdim etdilər.Hər bir rayonun özünəməxsus xüsusiyyətləri qeyd olundu.Qarabağa aid mahnı səsləndirildi.Sonda müəllim uşaqlarla birgə Şuşa şəhərinə virtual səyahət edərək,onları Şuşanın gözəlliyi ,tarixi abidələri ilə tanış etdi.