Əfsanələşən Partizan ömrü

"Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2020-ci il tarixli 2206 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Təhsil Nazirinin 16.09.2020-ci il tarixli F-435 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq məktəb rəhbərliyinin təşkilatçılığı ilə Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsi illərində göstərdiyi rəşadət haqqında siniflərdə mühazirələrin təşkili həyata keçirilmişdir. Tarix müəllimləri Əcəb Abdullayeva tərəfindən "Əfsanələşən partizan ömrü ", Sevinc Ələkbərova tərəfindən isə Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında onlayn görüşlər təşkil edilmişdir. Belə onlayn görüşlər mütəmadi olaraq oktyabr-noyabr-dekabr ayları ərzində həyata keçirilmiş, Azərbaycan övladlarının ll Dünya müharibəsi illərində göstərdiyi rəşadətə həsr olunmuş bədii əsərlərin təhlili Ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə aparılmışdır. Eyni zamanda Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə əlaqədar sinif təşkilat saatları, rəsm müsabiqəsi, Şəki şəhərində yerləşən Ev muzeyinə Virtual ekskursiya təşkil edilmiş, şagirdlər tərəfindən maraqlı videoçarxlar hazırlanmış, GÇH dərslərində onun fəaliyyəti işıqlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi